Logo

Trampdan Rusiya və Çinlə bağlı ETİRAF: “Biz də onları izləyirik”

Trampdan Rusiya və Çinlə bağlı ETİRAF: “Biz də onları izləyirik”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin casusluq fəaliyyəti ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, Tramp Ayova ştatında keçirilən mitinqdə tərəfdarlarına müraciəti zamanı Vaşinqtonun da həmin ölkələrə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirdiyini bildirib.

ABŞ lideri Rusiya və Çinin Amerikanı izləməsi ilə bağlı narahatlıqlara münasibət bildirərkən, bunun qarşılıqlı proses olduğunu vurğulayıb.

“Bəziləri deyir: “Cənab, Çin bizi izləyir”. Mən isə cavab verirəm: “Biz də onları izləyirik, narahat olmayın”. Onlar yenə deyirlər: “Bu, dəhşətlidir, Çin və Rusiya bizi izləyir”.

Mən isə bildirirəm: “Bu, doğrudur. Biz də onlara qarşı eyni addımları atırıq. Hətta bunu daha yaxşı bacarırıq”, – deyə Tramp qeyd edib.

Onun bu açıqlaması ABŞ-nin Rusiya və Çinlə münasibətlərində kəşfiyyat fəaliyyətinin də qarşılıqlı rəqabətin bir hissəsi olduğunu bir daha gündəmə gətirib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR