İsraillə ən böyük müttəfiqi arasında GƏRGİNLİK: "ABŞ-nin bu hədəsi..."

İsraillə ən böyük müttəfiqi arasında GƏRGİNLİK:

"ABŞ-nin silah embarqosu müharibənin gedişatını dəyişə bilər".

 

Sfera.az xəbər verir ki, bu barədə İsrailin “KAN” nəşri yazıb.


 
Belə ki, bu yaxınlarda ABŞ müharibə başlayandan bəri ilk dəfə olaraq İsrailə hərbi yardımın göndərişini təxirə salmaq qərarına gəlib. İsrailin tarixdəki ən böyük müttəfiqlərindən biri olan ABŞ-nin bu qərarı iki hökumət arasında fikir ayrılığının ilk böyük nümunəsi kimi qiymətləndirilir.

 

ABŞ Prezidenti Co Bayden bildirib ki, İsrail ordusu Rəfaha genişmiqyaslı hücuma keçərsə, İsrailin, guya, mülki yaşayış məntəqələrində istifadə etdiyi bəzi silah, bomba və artilleriya mərmilərinin göndərilməsini dayandıracaq.

 

İsrailin BMT-dəki səfiri bildirib ki, Co Baydenin İsraili silah tədarükünü dayandıracağı ilə hədələməsi məyusedicidir.

 

Qeyd edək ki, İsrail ordusu bir müddət əvvəl qurudan Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub. 

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR