İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR
![İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR](https://sfera.az/photo/orginal/2024/05/20/1716191836_86bbe3e7-f6ee-46b4-899c-ae5dd85b5cb4.jpg)
Siyasət
11:56 / 20.05.2024
4096
Xilasedicilər İran prezidentinin helikopterinin qalıqlarını tapıblar.
Sfera.az “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, təyyarənin qalıqları mayın 20-də İranın şimal-qərbindəki Arasbaran meşələrindəki ucqar dağlıq ərazidə tapılıb.
Qeyd edək ki, İranın mərhum Prezidenti İbrahim Rəisini daşıyan helikopterin tapılması üçün bazar günü axşam saatlarında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Firuzə Əliyeva