İranda milli matəm ELAN EDİLDİ
![İranda milli matəm ELAN EDİLDİ](https://sfera.az/photo/orginal/2024/05/20/1716190281_be75d606-bffd-3b70-8caa-025dfd498d3d_850.jpg)
11:47 / 20.05.2024
4221
İranda Prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar milli matəm elan edilib.
Sfera.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.