Ərdoğan İrana BAŞSAĞLIĞI VERDİ

Ərdoğan İrana BAŞSAĞLIĞI VERDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin vəfatı ilə bağlı başsağlığı verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın rəsmi "X" hesabında yazdığı paylaşımda deyilib.

 

Bildirilib ki, helikopter qəzasında dünyasını dəyişdiyini öyrəndiyimiz dəyərli həmkarım, qardaşım İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisiyə Allahdan rəhmət diləyirəm:


"Mən İranın xarici işlər nazirinə və mərhum Rəisi ilə eyni helikopterdə həyatını itirən digər insanlara da Allah rəhmət eləsin.


Dost və qardaş İran xalqına və hökumətinə, xüsusilə İran İslam Respublikasının Dini Rəhbəri cənab Əli Xamneyiyə, cənab Prezidentin və digər həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verirəm.

 

Mən onun vəzifədə olduğu müddətdə İran xalqının və regionumuzun sülhü naminə göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Prezidenti hörmət və minnətdarlıqla xatırlayıram.

 

Biz Türkiyə olaraq dəfələrlə etdiyimiz kimi bu çətin və kədərli günlərdə qonşumuz İranın yanında olacağıq",- paylaşımda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb.   Sfera.az şirkətə istinadə...

İndoneziyada torpaq sürüşməsi baş verdi - 25 nəfər...

İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə “R...

Paşinyanın Türkiyə ilə bağlı qərarı Rusiyanın regiondakı mövqeyinə necə təsir edəcək? - AÇIQLAMA

Dünən Nikol Paşinyan panel müzakirəsi zamanı bildirib ki, Ermənistan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir və təkcə Azərbaycanla de...

Kompüterləri təmir etmək asanlaşacaq - "Intel"dən maraqlı yenilik

ABŞ-nin "Intel" korporasiyası kompüterlərin təmirini asanlaşdırmaq məqsədilə modul komponentlərin istehsalını təşkil etməyi təklif edib.  &nbs...

"Bu, Putin üçün asan məsələ deyil, nüfuzu sarsıla bilər..." - ŞƏRH

Sosial mediada Rusiyanın Ryazan şəhərində dron hücumundan sonra neft emalı zavodunun yanması ilə bağlı kadrlar yayımlanıb. Ümumiyyətlə, gecə saatlarında “...

Bulvarda batmaqda olan gənci xilas etdilər - VİDEO

Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, FHN məlumat yayıb. &nbs...