Fəzail Ağamalı: Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

Fəzail Ağamalı: Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

Siyasi partiyaların ümumrespublika toplantısında çıxışı:

 

Hörmətli Ədalət müəllim, hörmətli toplantı iştirakçıları, xanımlar və cənablar!

 

Ciddi əhəmiyyət kəsb edən və siyasi birliyimizin növbəti təcəssümü olan bu toplantı partiyalar arası və partiyalar - iqtidar əməkdaşlığına geniş prespektivlər açan mühüm hadisə kimi öz rolunu oynayacaqdır.

 

Milli dövlətçiliyin yaranması, formalaşması və güclənməsinin ən vacib şərtlərindən biri milli həmrəylikdir.

 

Ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasında və siyasi irsində milli həmrəylik xüsusi yer tutur. Ən çətin anlarda belə xalqımızın iradəsinə söykənən, həlli çətin olan problemlərin aradan qaldırılması üçün xalqımızla birlikdə ciddi addımlar atan Ulu öndər bunun nümunəsini Cənubda Əlikram Hümbətovun rəhbərlik etdiyi separatizmin və Surət Hüseynovun dövlət çevrilişi cəhdinin aradan qaldırılmasilə yaratdı və tarixə həkk etdirdi.

 

Milli həmrəyliyin dönməz xarakter daşımasında ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların dövlətçilik və milli maraqlar ətrafında sıx birliyi əhəmiyyətli rol oynayır.

 

Təəssüflə qeyd etmək istərdim ki, son illər istisna olunmaqla müstəqillik əldə etdiyimizdən keçən zaman kəsiyində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar arasında bu vacib format radikal meyilli partiyalar tərəfindən bloklanmışdı.

 

Əslində bu cür vəziyyət bütün siyasi partiyalar arasında normal münasibətlərin yaranmasına, milli maraqlara söykənən iqtidar-müxalifət dialoqunun ardıcıl və davamlı xarakter daşımasına ciddi şəkildə maneələr törətmişdir.

 

Cəmiyyətimizi parçalamaq, onun immunitetini zəiflətmək kimi milli və dövlətçilik maraqlarımıza zidd olan bu tendensiya, heç şübhəsiz ki, anti-Azərbaycan qüvvələrinin maraqlarına xidmət etmək mahiyyəti daşımışdır.

 

Bütün bu və buna bənzər təhlükəli amilləri aradan qaldırmaq, həm partiyalar, həm də partiyalarla iqtidar arasında dövlətçiliyimizə və milli maraqlarımıza xidmət edən sağlam münasibətlərin yaranması məqsədilə ölkə prezidenti, cənab İlham Əliyev 2018-ci ildə respublikada siyasi islahatların daha geniş və sistemli xarakter daşımasını həyata keçirmək məqsədilə ciddi addımlar atdı. Bu islahatlarda xüsusi yer tutan yeni siyasi konfiqurasiyanın təməlini qoymaq və onu formalaşdırmaq, siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar yaratmaq, iqtidar-müxalifət dialoqunu və əməkdaşlığını sivil, qanunvericilik zəminində qurmaq kimi vəzifələr ehtiva olunurdu.

 

Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyətlə əlaqələr şöbəsinin yaradılması və qısa zaman kəsiyində şöbədə formalaşan peşəkar komanda bütün siyasi partiyaların rəhbərlərilə keçirdiyi görüşlər, apardığı müzakirələr öz müsbət nəticələrini verməyə başladı və uzun illər boyu bir-birinə az qala düşmən münasibəti bəsləyən partiyalar şöbənin gərgin əməyi ilə milli maraqlar ətrafında birləşərək yeni tarixi mərhələyə qədəm qoydu, bütün partiyalar üçün bərabər imkanların yaradılması diskussiyalar və siyasi partiyaların canlanması üçün geniş imkanlar yaratdı. Bu baxımdan “Siyasi partiyalar haqqında” qəbul edilən yeni qanunun rolunu xüsusi olaraq qeyd etmək istərdim.

 

Etiraf etmək lazımdır ki, ölkə prezidenti, cənab İlham Əliyevin yeni siyasi konfiqurasiyası konsepsiyasının reallaşmasında prezident Adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyevin və şöbənin peşəkar komandasının xidmətləri danılmazdır.

 

Necə deyərlər, bir neçə ildə 2018-2020-ci illərdə səpilən toxumlar cücərdi və öz bəhrəsini verdi. 44 günlük Vətən müharibəsində və 2023-cü ilə qədər ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edən bütün hərbi əməliyyatlarda və informasiya mübarizəsində marginallaşmış və anti-milli mövqe tutan Azərbaycan Xalq Cəbhəsi partiyası istisna olunmaqla ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar dövlətimizlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, qəhrəman Silahlı Qüvvələrimizlə və bütün xalqımızla bərabər oldu. Ölkə prezidenti cənab İlham Əliyevin müdrik siyasi xəttinin və gərgin əməyinin nəticəsi olan siyasi birliyimiz erməni faşizm üzərində qələbəyə, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə öz töhfəsini verdi.

 

Bundan sonrada siyasi birliyimizi qoruyub saxlanılmalı və bu birliklə Azərbaycanımızın güclənməsinə və tarixi torpaqlarımıza sahib çıxmaq kimi şərəfli xidmətimizi davam etdirməliyik.

 

Təklif edərdim ki, yaxın zamanlarda belə bir toplantını Xankəndidə keçirək. Məncə bunun rezonansı və faydası böyük olardı.

 

Fəzail Ağamalı

Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...