Oyunlar ləğv edildi, birja bağlandı... - Rəisinin ölümündən sonra İranda verilən QƏRARLAR

Oyunlar ləğv edildi, birja bağlandı... - Rəisinin ölümündən sonra İranda verilən QƏRARLAR

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olmasından sonra ölkədə bir sıra qərarlar verilib.

 

Sfera.az Tasnim agentliyinə istinadən xəbər verir ki, birja bağlanıb və ölkə daxilində idman tədbirləri ləğv edilib.

 

İranın Qiymətli Kağızlar və Birja Təşkilatının icra şurasının üzvü bildirib ki, baş verən faciədən sonra birja bazarı bağlanıb.

 

Gənclər və idman naziri Kiomars Haşimi də cari həftədə bütün idman oyunlarının və yarışların ləğv edilməsi barədə göstəriş verib.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR