“Beynəlxalq aləmə Azərbaycan haqqında düzgün informasiyalar çatdırılmalıdır" - Deputat

“Beynəlxalq aləmə Azərbaycan haqqında düzgün informasiyalar çatdırılmalıdır

“Beynəlxalq aləmdə Azərbaycan haqqında düzgün informasiyaların çatdırılması vacib məsələdir”.

 

Sfera.az verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.


“Dünən məlumat yayıldı ki, Ombudsman Səbinə Əliyeva erməni sakinlərlə görüşüb. Azərbaycan millətindən asılı olmayaraq, öz vətəndaşlarına bərabər şəkildə yanaşır. Ombudsman həssas təbəqə üçün yaradılmış şəraitlə də tanış olub. Fransa Prezidenti Emmanuel Makrona demək istəyirəm ki, bunlara daha yaxşı baxsın. Azərbaycan əleyhinə çıxışlar edilirdi, Ermənistanın işğalçı siyasəti dəstəklənirdi.

 

Parisdə çıxan qəzetdə Makronla bağlı maraqlı yazı var idi. Orada bildirilirdi ki, Fransa Ermənistanı bacardığı qədər müdafiə edir, lakin bunun bir nəticəsi yoxdur. Əlbəttə, belə də olacaq. Onlar heç zaman qələbə qazana bilməz. Bu il Azərbaycanda keçiriləcək COP29 konfransı bir daha göstərdi ki, Makronların göstərdiyi siyasətə baxmayaraq, Azərbaycan inkişafa davam edir”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR