"Neftçi" "Turan Tovuz"u məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

 

Sfera.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.

 

Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

 

15-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə Yuri Matias, 70-ci dəqiqədə Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə qonaqlardan Bruno Qonçalveş birbaşa qırmızı vərəqə aldığı üçün meydandan qovulub.

 

Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran paytaxt klubu ikinci pilləyə yüksəlib. Tovuz klubu 42 xalla yeddincidir.

 

Qeyd edək ki, günün ilk matçında "Kəpəz" səfərdə "Qəbələ"yə qalib gəlib - 1:0. Bu gün "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.


OXŞAR XƏBƏRLƏR

DİN-dən xəbərdarlıq: Xaricdə yaşayan azərbaycanlıları...

Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib.   Nazirlikdən Sfera.az-a daxil olan müraciətdə deyilir:   "...

Tale may ayında iki bürcün gücünü sınayacaq: Çətinliklərə hazır olun

Bu bürclər çətinliklərə hazır olmalıdırlar.   Astroloqlar yaxın gələcəkdə həyatlarında ən xoşagəlməz hadisələrin baş verəcəyi iki bürcün adını çəkibl...

Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə pulundan oldu - VİDEO

Xaçmaz rayon sakini Sevinc Babayeva internet üzərindən pul qazanmaq təklifinin qurbanı olduğunu və 500 manatından olduğunu iddia edir.     Sfera...

Xəstəxanada 17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub” - VİDEO

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.   Sfera.az Xəzər TV-yə istinadən xə...

Bakıda sahibsiz itlər daha bir uşağa hücum ediblər - VİDEO

Qaradağ rayonunun “Qobu park” yaşayış kompleksinin ərazisində sahibsiz itlər uşağa hücum çəkib. Nəticədə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri al...

Putin Şoyquya daha bir vəzifə verdi

Sabiq müdafiə naziri Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən əlavə daha bir yüksək post daşıyacaq.   Sfera.az xəbər veri...