Ukrayna cəbhəsində vəziyyət AĞIRLAŞDI

Ukrayna cəbhəsində vəziyyət AĞIRLAŞDI

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski cəbhədəki vəziyyətin kəskinləşdiyini, Rusiyanın fəal şəkildə bütün cəbhə boyu hücum etdiyini və bəzi istiqamətlərdə taktiki uğur qazandığını etiraf edib.

 

Sfera.az xəbər verir ki, bu barədə general-polkovnik teleqramda yazıb.

 

“Cəbhədə vəziyyət kəskinləşib. Strateji təşəbbüsü ələ keçirməyə və cəbhə xəttini yarıb keçməyə çalışan düşmən qüvvə və vasitələrdə mühüm üstünlük yaradaraq əsas səylərini bir neçə istiqamətdə cəmləşdirib. Bütün cəbhə xətti boyunca aktiv hücumlar edir, bəzi istiqamətlərdə taktiki uğurları var”, – o vurğulayıb.

 

Baş komandan əlavə edib ki, ayrı-ayrı mövqelər gün ərzində bir neçə dəfə “əldən-ələ” dəyişir və bu, “vəziyyətin birmənalı başa düşülməməsinə” səbəb olur.

 

Eyni zamanda, o, Xarkov istiqamətində Rusiya hərbçilərinin sayının artmasını və yenidən qruplaşmasını müşahidə etdiklərinə diqqət çəkib:

 

“Ən təhlükəli istiqamətlərdə qoşunlarımız artilleriya və tank bölmələri ilə gücləndirilir”.

 

Xatırladaq ki, daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-nin Ukraynaya ehtiyacı olan əsas silah-sursatın Kiyevə tədarükünə başlandığını açıqlamışdı.


OXŞAR XƏBƏRLƏR

Yunanıstanın Baş naziri Türkiyədə SƏFƏRDƏDİR - YENİLƏNDİ

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kriakos Miçotakis arasında görüş başlayıb.   Sfera.az xəbər verir ki,...

"1991-ci il Alma-Ata Bəyannaməsi demarkasiya prosesinin siyasi əsasına çevrilməlidir" - Mirzoyan

"1991-ci il Alma-Ata Bəyannaməsi Ermənistan və Azərbaycan arasında demarkasiya prosesinin siyasi əsasına çevrilməlidir".   Sfera.az xəbər v...

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur.   Sfera.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olar...

Rusiyanın neft-qaz gəlirləri 82 faiz artıb – RƏQƏMLƏR

2024-cü ilin yanvar-aprel ayları ərzində Rusiyanın dövlət büdcəsinə neft və təbii qaz sektorundan daxil olan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 82,2 f...

Qazaxıstanda keçmiş nazir 24 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddət...

D vitaminin çox qəbul edilməsi ZƏRƏRLİDİRMİ?

D vitaminin faydaları barədə tez-tez eşidirik. Lakin bu vitaminin də həddindən artıq qəbulu bir sıra fəsadlar yarada bilir.   Sfera.a...