“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

1912-ci ildə batan "Titanik" gəmisinin ən zəngin adamı Con Ceykob Astor IV-ə məxsus qızıl cib saatı hərracda rekord qiymətə - 1,175 milyon funta (1,4 milyon ABŞ dollarından çox) satılıb.

 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Qeyd olunub ki, saat "Henry Aldridge & Son" auksionunda ABŞ-dan olan şəxsi kolleksiyaçıya batmış laynerdən xatirə əşyaları üçün indiyə qədər alınan ən yüksək məbləğə satılıb.

 

Ekspertin fikrincə, Astor o vaxt dünyanın ən varlı adamlarından biri idi, onun sərvəti təxminən 87 milyon ABŞ dolları idi, bu da bu gün bir neçə milyard dollara bərabərdir.

 

Gəminin sərnişini sonuncu dəfə siqaret çəkərkən və həmkarı ilə söhbət edərkən görülüb. Onun cəsədi hadisədən bir həftə sonra cib saatı ilə birlikdə tapılıb.

 

Hərracda həmçinin, gəmi batan zamanı çalınan skripkalardan birinin futlyarı 360 min funta (459 min ABŞ dollarından çox) satılıb. Musiqi alətinin özü 2013-cü ildə 1,7 milyon dollara satılmışdı.


OXŞAR XƏBƏRLƏR

Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan veril...

Azərbaycana keçmək istəyən 36 nəfər saxlanıldı - FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.   Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sfera.az-a verilən məlumata görə, may ayın...

Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO

Azərbaycanlı gənc Rusiyada yol-nəqliyyat hadisəsində ölüb.    Sfera.az-ın məlumatına görə, Zaqatalanın Yuxarı Tala kənd sakini, 27 yaşlı Kənan B...

Ardı-arası kəsilməyən geomaqnit qasırğaları “Starlink”  peyklərini məhv etdi

Neçə müddətdir Yerdə güclü geomaqnit qasırğalarının ardı-arası kəsilmir. 2022-ci ildə bir sıra günəş partlayışlarının səbəb olduğu güclü geomaqnit qasırğası səb...

Daha bir naməlum şəhidin kimliyi bilindi

Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi...

Paytaxt məktəblərində operativ monitorinqlər keçirilir - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı oper...