Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO

Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO

Neftçalada 46 yaşlı kişi süni göldə batıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Neftçala şəhərində bir nəfərin süni göldə batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəlb edilib.

 

Dalğıc qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü Azad Tahir oğlu Nəcəfovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Həmin görüntüləri təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR