FHN-in basketbol komandası çempion oldu

FHN-in basketbol komandası çempion oldu

27-28 aprel tarixlərində Gənclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol növü üzrə Respublika birincilyi keçirilib.

 

Sfera.az xəbər verir ki, yarışda 15 dövlət qurumunun komandası mübarizə apararaq öz qüvvələrini sınayıb.

 

Çempionatda ikinci dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası gərgin mübarizə şəraitində keçən yarışları qalib olaraq başa vurub.

 

Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Hava Yolları komandasını 9:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə isə Dövlət Gömrük Komitəsinin komandası ilə qarşılaşan komandamız rəqibə 12:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

 

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda oğurluq edən şəxs SAXLANILDI

Bakı metrosunda oğurluq hadisəsi baş verib.   Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə mayın 9-da qeydə...

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalova vəfat edib.   ...

Yuxusuzluğun yaratdığı FƏSADLAR - Həkimdən XƏBƏRDARLIQ!

İnsan normal yuxu aldıqdan sonra özünü gümrah və enerji dolu hiss edir. Əksinə, kifayət qədər yatmayanda isə gün ərzində yorğun və halsız olur, diqqətini cəmləm...

Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Türkiyəli məşhur aktrisa, Azərbaycanda Sovet hakimiyyətinə qarşı mübarizədən bəhs edən “501 nömrəli kamera” filmində əsas rollardan birini oynamış A...

Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu İMZALANDI

Qırğızıstanın Milli Bankının (QRMB) sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.   Sfera.a...

Bu rayonlarda qaz KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldquo...