Ukrayna Azərbaycan Ordusunun misilsiz taktikasını tətbiq edir

Ukrayna Azərbaycan Ordusunun misilsiz taktikasını tətbiq edir

Rusiyanın dərinliyindəki hədəflərə zərbələr endirmək üçün Ukrayna idman təyyarəsini uzaqmənzilli kamikadze PUA-lara çevirib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Forbes” Rusiyanın dərinliklərində belə qurğulardan birinin düşməsi ilə bağlı məlumatı təhlil edərək yazıb.

 

Rus təbliğatçısı tərəfindən bu həftə yayımlanan fotoda qəzaya uğrayan yüngül təyyarənin Rusiya tarlasında olduğu görünür. Bu, çevrilmiş “Skyranger Nynja”dır.

 

“Nynja” forma, ölçü və performans baxımından Ukraynanın digər idman təyyarəsi "Aeroprakt" A-22 ilə oxşardır. Aprelin 2-də A-22-yə əsaslanan və partlayıcılarla yüklənmiş ən azı bir pilotsuz təyyarə Ukrayna sərhədindən 1200 kilometr aralıda Alabuqa xüsusi iqtisadi zonasının sənaye şəhərciyinə düşüb. Orada Rusiya hərbçiləri üçün “Şahid” dronları yığılır.

 

“Qəzaya uğrayan “Nynja”nın operatora şəkil təqdim edən videokamera ilə təchiz edildiyi görünür. Rabitə, görünür, peyk vasitəsilə təmin edilir. Avtonom naviqasiya çox güman ki, GPS sistemindən istifadə etməklə həyata keçirilir. Qəzaya uğrayan “Nynja”nın altına FAB-100 yüngül bombası bərkidilib”, - məqalədə bildirilib.

 

Qeyd edək ki, yüngülmotorlu təyyarədən (An-2) PUA kimi istifadə taktikası Azərbaycan Ordusuna məxsusdur. Azərbaycan Ordusu 44 günlük savaşın ilk günlərində PUA-ya çevrilən An-2-ləri hədəf alan düşmən HHM sistemlərinin yerini müəyyən edərək, onları məhv etmiş və qısa müddətdə bütün səmanı nəzarətə götürmüşdü. (Axar.az)


OXŞAR XƏBƏRLƏR

Günel türk mediasına yeni biznesini AÇIQLADI

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib.   İfaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığı...

Ceremi Klarkson ikinci dəfə Britaniyanın ən seksual kişisi seçildi

Ceremi Klarkson Britaniyada yenidən ilin ən seksual kişisi seçilib.   Sfera.az xəbər verir ki, “Encounters” tanışlıq saytının illik sorğu...

"Şəxsiyyət ola biləcək aparıcılarımız azdır" - Nailə İslamzadə

Əməkdar artist Nailə İslamzadə "Həftənin qonağı" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, aparıcı həmkarlarından danışıb. &quo...

Bu yolda yarımdairə ləğv edilir - VİDEO

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün...

Əməkdar artist vəfat edən xanımından danışdı

"İlahiyə təşəkkür edirdim bu sevgi, xoşbəxtlik və İranə üçün. Çünki Allah mənə nə yaxşı şey veribsə, hamısı İranənin timsalında olub. Ən böyük sevgini onun...

Azərbaycanda anemiya xəstəliyi olan şəxslərin sayı AÇIQLANDI

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statis...