AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - RƏSMİ AÇIQLAMA

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Harutyunyandan aldığı müsahibəni yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi.

 

Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqda qınayıb.


Sfera.az xəbər verir ki, modern.az AzTV ilə əlaqə saxlayıb.

 

Telekanalın mətbuat katibi Rüfət Seyidov açıqlamasında bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından silinib:
 

“Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. “Müsahibənin indi verilməsi nə qədər doğrudur” sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın.


Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə həmin martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda asossiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək”.
 

Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib:
 

“Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi müsahibənin efirə gedəcəyi gün barədə məlumat verəcəyik”.


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider ...

49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxi...

Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü ...

“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ona sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 pri...

Prezident AÇIQLADI: XİN rəhbərləri tezliklə bu şəhərdə görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tər...

Antoni Blinken İlham Əliyevə zəng etdi

 Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, b...