"Sizdə bu əlamətlər varsa, təcili mütəxəssisə müraciət edin" - Həkimdən HƏYƏCAN TƏBİLİ
“Nevroloji xəstəliklər zamanı pasiyentlərdə başağrı, başgicəllənmə, qıcolma tutmaları, ani və ya daha da irəliləyən yaddaş pozulması, əl və ayaqlarda uyuşmalar, əzələ gücünün enməsi, koordinator pozulma, yerişin pozulması, iki görmə və ya görmə pozulması, titrəmə, ağrılar, yuxusuzluq əlamətləri müşahidə edilir”. Sfera.az bildirir ki, bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-nevropatoloqu Könül Mansirova deyib. Onun sözlərinə görə, xəstəyə diaqnoz qoyulduqdan sonra müalicə planı