Bayden yenidən koronavirusa yoluxdu - Həkimindən AÇIQLAMA
ABŞ Prezidenti Co Bayden yenidən COVİD-19-a yoluxub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı Ağ Ev açıqlayıb.
Məlumata əsasən, 81 yaşlı ABŞ Prezidenti Co Baydenin Las Veqasda qatıldığı tədbirdən sonrakı koronavirus testi müsbət çıxıb. Baydenin peyvənd edildiyi və yüngül simptomlar göstərdiyi bildirilir.
ABŞ prezidenti Delaver ştatında karantinə girəcək və bu müddət ərzində bütün vəzifələrini tam yerinə yetirməyə davam edəcək.
Baydenin həkiminin verdiyi yazılı açıqlamada isə qeyd olunub ki, prezident yorğunluq, burun axması və öskürək kimi yuxarı tənəffüs yolları simptomları ilə müraciət edib:
“Onun simptomları yüngüldür, tənəffüs tezliyi, qızdırma və nəbz normaldır. Bayden Pakslovid qəbul edib. Hazırda dövlət başçısı özünü yaxşı hiss edir".
Xatırladaq ki, Bayden ilk dəfə 21 iyul 2022-ci ildə koronavirusa tutulub və iyulun 27 sağalıb. İyulun 30-da yenidən testi müsbət çıxan Bayden avqustun 7-də sağalıb.
Vasif