“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı

“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılması barədə Fərman imzalayıb.

 

Sfera.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir.

 

Fərmanla Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılacaq, bankın fəaliyyətinə cari rəhbərliyi isə icraçı direktor həyata keçirəcək.

 

Nazirlər Kabineti Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etməlidir.

 

Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirəcəklər.


OXŞAR XƏBƏRLƏR

Müdiri ilə mübahisə etdikdən sonra 30 il ərzində şiddətli depressiyaya düşüb

Çinin Henan əyalətindən olan Vanq adlı 70 yaşlı kişi müdirinin haqsız yerə töhmətinə məruz qaldıqdan sonra illərlə depressiya və yuxusuzluqdan əziyyət çəkib. Bu...

Bu dərmanlar əqli pozğunluğu azaldır - ARAŞDIRMA

Ürək-damar xəstəlikləri üçün dərmanlar demensiya riskini azalda bilər.    Sfera.az xəbər verir ki, bu barədə Alzheimer's & Dementia jurn...

300 qəzəbli meymun qaçaraq polis bölməsinə hücum etdi - FOTO

Tailandda 300 meymun polis idarəsinə hücum edib.    Sfera.az bildirir ki, hadisə noyabrın 16-da Lopburidə baş verib. 300-ə yaxın aqressiv meymun...

Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini inkar etdi: “Dezinformasiyadır"

"Politico”nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa...

Karolin Levitt: Tramp sülhü bərpa edəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dünyada sülhü bərpa etməyə çalışacaq.    Sfera.az xəbər verir ki, bu barədə Trampın seçki kampaniy...

İsrail Livana hava zərbələri endirdi: 50-yə yaxın ölən var

İsrailin Livanın şərqindəki Baalbek şəhəri yaxınlığındakı bir neçə qəsəbəyə endirdiyi aviazərbələr nəticəsində azı 47 nəfər həlak olub.   Sfera.az xə...