Ötən il Azərbaycanda doğuşa görə ana ölümü 2 dəfə ARTIB
2023-cü ildə Azərbaycanda doğuşa görə ana ölümü 2 dəfə artıb. Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Bakı Araşdırmalar İnstitutu (BAİ) yayıb. Belə ki, ötən il hər 100.000 nəfər diri doğulan uşağa düşən ana ölümü 14.7-dən 29.3-ə yüksəlib. Bu, son 16 ilin ən yüksək göstəricisidir. Statistikaya görə, 2022-ci ildə 14.7, 2021-ci ildə 17.8, 2020-ci ildə 15.8, 2019-cu ildə 14.9, 2018-ci ildə isə bu nisbət 12.2 olub. Ötən il şəhər yerlərində bu göstərici 23.9 olub ki, bu da son 2009-u ildən bu