Ərik qurusunun faydaları
Ərik qurusu çox faydalı müalicəvi məhsuldur. Qış aylarında insan orqanizmi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir. Bu halda vitamin və xüsusilə minerallarla zəngin olan ərik qurusu bizə çox yaxşı kömək edə bilər. Onun tərkibində orqanizm üçün ən vacib A, C, B qrupu vitaminləri, bir çox faydalı minerallar (kalium, kalsium, maqnezium, fosfor, dəmir, mis, kobalt və s.), pektinlər, orqanik turşular, qidalı liflər, fruktoza, qlükoza var. Ərik qurusu ürək üçün xüsusilə faydalıdır.