Logo

Siqareti tərgitmək istəyənlər, DİQQƏT: bu 4 maddəni unutmayın!

Siqareti tərgitmək istəyənlər, DİQQƏT: bu 4 maddəni unutmayın!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Siqaret çəkmək sağlamlığa ziyandır”. Məşhur şüarı hamı bilsə də, heç kim bu zərərli vərdişdən

əl çəkmək istəmir. Bunu əsaslandırmaq üçün də müxtəlif səbəblər tapırlar: “əsəblərimi sakitləşdirir”,

“fikrimi dağıdır”, “kökəlməyə mane olur”, “ürəyim istəyir, çəkirəm”...

Ancaq son günlər ölkədə baş verən kəskin devalvasiya bəzi siqaret aludəçilərinin bu vərdişlərindən

uzaqlaşmasına səbəb olub. Məhz devalvasiyadan sonra çoxları siqaretin həm sağlamlıq, həm də büdcə

üçün zərərli olduğunu anlayıb və onu tərgitmək qərarına gəlib. Mütəxəssislər isə bildirir ki, müəyyən

yaş dövründən sonra siqareti birdən-birə atmaq olmaz. Çünki bu, orqanizm üçün zərbə ola bilər. Siqareti

tərgitmək mütləqdir, amma tədricən.

Çox adam siqaret çəkmək istəmədiyini, ancaq bədəninin bunu tələb etdiyini deyir. Əslində isə siqareti

bədən deyil, bədəni idarə edən beyin tələb edir.

Mütəxəssislər deyir ki, insan istərsə, siqareti bir aya bir daha çəkməmək iradəsi ilə tərgidə bilər.

Bunun üçün bir çox sadə üsullar təklif edilir. Məsələn, siz siqareti tərgitmə səbəblərini iri hərflərlə

yazıb, kompüterinizin yaxınlığında divara, avtomobilinizin şüşəsinə və ya  soyuducunun qapısına

yapışdıra bilərsiniz. Belə olan halda beyin siqareti atmağa yavaş-yavaş hazırlanır. Fikirləşin ki,

siqareti tərgitsəniz, həm həyat yoldaşınız, həm də bədəniniz sizə təşəkkür edəcək. Sizdən kəskin

tütün qoxusu gəlməyəcək və uşaqlarnız siqaret dumanında nəfəs almayacaq.

Mövzu ilə bağlı Aile.lent.az-a danışan psixoloq Fidan Əliyeva deyir ki, siqareti tərgitmək arzusunda

olan insan ilk növbədə siqaretin bir ayda büdcəyə verdiyi zərəri hesablasın. Daha sonra həmin pula

uşaqlarına və həyat yoldaşına hədiyyə almağı sınasın. Uşaqların və həyat yoldaşının sevinci adamı

siqareti buraxmağa bir qədər də həvəsləndirəcək: “Belə düşünün, gündə 20 siqaret çəkirsinizsə, bu,

bir ilə 365 qutu edir. Ən yaxşı halda, bir ilə 1095 manat xərcləyəcəksiniz. Siz siqareti tərgitməklə

büdcənizə bu qədər xeyir vermiş olursunuz. Siz bu pulla hansısa rayonda gözəl istirahət edə bilərsiniz”.

Psixoloq qeyd edir ki, siqraeti tərgitmək arzusunda olan hər bir insan 4 maddəni unutmamalıdır:

1. Siqaret çəkmək istəyi yarandıqca su için, əylənin və dərindən nəfəs alın.

2. Bədəniniz - beyniniz siqaret istəyirsə, yaxınlarınızın ətrafında olmağa çalışın və ya telefonla

sevdiyiniz insana zəng vurub danışın.

3. İşdəsiniz və siqaret istəyirsinizsə, otaqda var-gəl edib, qənaət edəcəyiniz pulu hara xərcləmək

barədə plan qurun.

4. Yenə də siqaret istəyirsinizsə, internetdən siqaretin zərərləri barədə uzun-uzadı məlumatlar oxuyun.

Psixoloq siqareti dərhal deyil, tədricən azaltmağı tövsiyə edir: “Siqareti tərgitmək üçün siyahı

tutun - pul yığmaq, sağlamlığınızın qaydasına salmaq, uşaqlarınıza daha yaxşı nümunə olmaq,

qadınınızın (yoldaşınızın) sevimlisi olmaq. Bundan sonra siqareti tərgitmək üçün gün təyin edin.

Bir gün qalmış siqaretə aid olan hər şeyi - siqaret qutusunu, çaxmaqları, kibritləri, külqabıları

zibil qabına atın. Və təyin etdiyiniz gündən etibarən siqareti yavaş-yavaş tərgitməyə başlayın.

Məsələn, gündə 20 siqaret çəkirsinizsə, ilk gün 17 dənə və beləcə, tədricən azaldın.

Çünki siqareti azaldaraq atmaq daha rahatdı və nəfəs almanı tənzimləyir.

Kofe və alkoqollu içkilər siqareti xatırlatdığı üçün bir müddət onlardan uzaq durun.

Kinoya və ya idman salonuna gedin. Əgər ürəyiniz siqaret çəkmək istəyirsə, 6 dəfə

dərindən nəfəs alıb,  meyvə yeməyə başlayın. Bir həftə siqaretə xərclədiyiniz pulla

özünüzü mükafatlandırın. Unutmayın, insan daxilən uşaq kimidir. Öz düzgün

addımlarını dəyərləndirə bilir”.

Terapevt Xatirə Əhmədova deyir ki, siqareti atmaq insan orqanizminə müxtəlif təsirlər edir.

Sonuncu siqaret çəkildikdən 20 dəqiqə sonra ürəyin döyünməsi yavaşlayır, qan təzyiqi düşür,

əl və ayaqlar qızır. 8 saat sonra isə qandakı karbon-monoksid səviyyəsi normallaşır, oksigen

səviyyəsi yüksəlir. 24 saat sonra infarkt riski azalır. İki gün sonra dad bilmə, qoxu hiss etmə

qabiliyyəti yerinə gəlir. Sinirlər qaydasına düşür. 3 ay sonra nikotin bədəndən tamamilə təmizlənir.

Qan dövranı qaydasına düşür, gəzmək asanlaşır. 1 il sonra ağciyərlər özünü təmizləməyə başlayır.

Siqareti tərgitdikdən 15 il sonra isə siqaret səbəbi ilə heç bir xəstəlik baş verə bilməz.

Həkimin sözlərinə görə, insanlar çox zaman kökəlməkdən qorxduqları üçün siqareti buraxmır.

Amma araşdırmalar müəyyən edib ki, siqareti buraxdıqdan sonra hər bir adam cəmi 2-4 kq çəki

ala bilir. Siqaretin yaratdığı bəzi xəstəliklər isə insanı 40 kq belə kökəldə bilir: “Siqareti buraxdıqdan

sonra kökəlməyə səbəb ağıza yemək qoymaq vərdişidir. Yəni siqareti buraxan insanlar çox yeməyə

başlayır. Buna görə də çalışın ki, saqqız çeynəyin. Kalorisi az yeməklər yeyin. Çiy tərəvəz və meyvə

də siqareti unutdurmaq üçün yaxşı vasitədir. Bol maye qəbul edin. Bəzən illərlə siqaret çəkən insanlar

birdən-birə sağlam və təmiz olmaq istəyir. Amma qəbul etmək lazımdır ki, bu, mümkün deyil.

Siqaret tüstüsünün və nikotinin yaratdığı hüceyrə  keyfiyyətsizliyini aradan qaldırmaq üçün

vitamin C, E, selenium kimi antioksidantlar qəbul edilməlidir”.

Terapevt onu da qeyd edir ki, siqaret asılılığı qırtlaq, prostat, diş əti, ağız, dil, qida borusu,

badamcıq və uşaqlıq boynu xərçənginə səbəb olur. Bununla yanaşı, siqaret kişilərdə cinsi

iqtidarsızlıq, iflic, xora, xroniki bronxit, infarkt, damar xəstəlikləri, qadınlarda isə sonsuzluq

kimi problemlərə yol açır: “35 yaşından tez siqareti tərgidənlərdə erkən ölüm riski az olur.

Amma 20 il siqaret çəkən insanda bu risk çox böyükdür”.

Araşdırmalar siqaretin tərkibində 200-dən artıq zəhərli maddənin olduğunu müəyyənləşdirib.

Siqaret insan ömrünü qısaltmaqla yanaşı, büdcəyə də böyük zərər verir. Canınızı və cibinizi

zərərdən qorumaq üçün siqaretdən uzaq olun! Və unutmayın, son 5 ildə dünyada 2 milyon 500

min insan siqareti tərgidib. Onlar bunu çox qısa zamanda bacarıb. Siz niyə bacarmayasınız ki?!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR