Prezidentlər hansı geyim markalarından istifadə edir?

Prezidentlər hansı geyim markalarından istifadə edir?

Bu gözləntiləri doğrultmaq üçün də prezidentlər adətən, çoxsaylı dizaynerlərin və moda evlərinin xidmətlərindən yararlanırlar

Dövlət başçılarının hansı markadan geyindikləri həmişə ictimai kəsimə maraqlı olub və onlar geyim zövqləri ilə daim mətbuatın diqqət mərkəzindədirlər.Bu gözləntiləri doğrultmaq üçün də prezidentlər adətən, çoxsaylı dizaynerlərin və moda evlərinin xidmətlərindən yararlanırlar. 

Sfera.az Modern.az-a istinadən dünya liderlərinin geyimləri və tez-tez müraciət etdikləri geyim markaları barədə materialı təqdim edir. 

Rusiya prezidenti Vladimir Putin kostyum seçimində İtaliyanın “Brioni” markasına etibar edir. Sifariş əsasında tikilən belə kostyumlar 2-3 min dollar arasında qiymətə malikdir. Qalstuk seçimində isə prezident daha çox “Valentino” və “Moschino” moda evlərinin xidmətlərindən yararlanır. Putin həmişə təbii dəridən hazırlanan ayaqqabılara üstünlük verir ki, bu zaman da “Baldinini”, “Salvatore Ferragamo” və “Timberland” şirkətlərinin məhsullarını seçir. Prezident üçün “Zilli” şirkəti sifariş əsasında papaqlar toxuyur. Rəsmi tədbirlərdə Vladimir Putin “Nina Ricci” istehsalı olan paltolara üstünülük verir. “Canada Coorse” isə Putini kurtkalarla təmin edir. Aksessuar olaraq istifadə etdiyi eynəkləri daha çox “Cartier”, saatları isə “Patek Phillipe”, “Breqwet” və “IWC Big Pilote”a məxsusdur.



ABŞ prezidenti Barak Obama ölkəsində ən zövqlü geyinən siyasətçilərdən biri kimi tanınır. Hündür, enlikürək Obama dizaynerlər üçün paltar seçimində ideal namizəddir. Barak Obamanın stili rəsmi görüşlərdə mavinin müxtəlif çalarlarına olan kostyum, ağ köynək və mavi, yaxud tünd qırmızı qalstukdan ibarətdir. Qeyri-rəsmi görüşlərdə isə uzun, enli şalvardan, idman ayaqabbılarından və ağ köynəkdən isitfadə edir. Prezident öz kostyum seçimində daha çox Amerika markası olan “Hart Schaffner Marx” brendinə üstünlük verir. Onun üçün sifariş əsasında tikilən kostyumların ortalama qiyməti 1400 dollar təşkil edir. Prezident köynək, plaş və palto seçimində də bu markaya üstünlük verir.  Onun ayaqqabıları isə “Johnston&Murphy” şirkətinə aiddir. Aksessuarlardan isə prezident daha çox “Jorg Grey” saat şirkətinin ağ metaldan hazırladığı və iri korpusa malik “JGC6500” modelinə üstünlük verir. Belə saatların qiyəmi adətən 350-950 dollar arasında dəyişir.



Böyük Britaniya baş naziri Devid Kemeron da geyim seçimində vətənpərvərlik hissləri ilə hərəkət edir. O, rəsmi mərasimlərdə yerl şirkətlər olan “Richard James”, yaxud “Paul Smith”in sifariş əsasında tikdiyi 2 düyməli kostumda və köynəkdə peyda olur. Qalstuk seçimində də ingilis markalarına üstünlük verən baş nazir əsasən tünd göy və tünd yaşıl rəngdə qalstuklardan istifadə edir.



Fransanın keçmiş prezidenti Nikola Sarkozidemək olar ki, Fransa modelyerlərinin xidmətlərindən yararlanmır və əksinə, onların moda dünyasındakı əzəli rəqibləri olan italyanlara üstünlük verir. Eks-prezidentin tünd rəngdə 3 düyməli pencəkləri İtaliyanın tanınmış markaları olan “Kiton”, “Stefano Ricci”, “Brunello Cuccinelli” və “Brioni”dən olub. Hətta öz andiçmə mərasiminə də Sarkozi italyan istehsalı olan kostyumda – “Prada” şirkətinin istehsal etdiyi pencək və şalvarda görünmüşdü. Ayaqqabı seçərkən də o, yenə italyan brendi olan “Betrulli” şirkətinə üstünlük verir. Sarkozi prezidentliyi dönəmində daha çox İsveçrənin “Rolex” şirkətinin istehsalı olan qol saatı ilə görünürdü.



İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniisə 30 ildən artıqdır ki, tünd göy rəngli kostyum, açıq mavi rəngdə köynək və ağ nöqtəli tünd göy qalstuklarda ictimaiyyət qarşısına çıxır. Onun bütün qarderobu italyan dərziləri tərəfindən sifarişlə tikilir. Berluskoninin “italyan standart”larından kənarlaşdığı yeganə amil – daşığı İsveçrə brendi olan “Omega” saatlarıdır.



Almaniya kansleri Angela Merkel isə “kişisayağı” geyim stilinə görə moda nümayəndələri tərəfindən tez-tez tənqid olunur. Onun geyimlərini alman dizayner Bettina Şenbax hazırlayır. Zinət əşyalarından demək olar ki, istifadə etməyən xanım Merkel yalnız İsveçrənin “Jaeger-Le Coultre” markalı saatlarını taxır.



Rusiyanın baş naziri Dmitri Medvedev isə qarderobunda sifarişlə tikilən və İtaliyanın “Brioni”, “Kitoni” moda evlərinin istehsalı olan tünd göy və qara rəngli kostyumlara üstünlük verir. Onun göy və qırmızı tonlu ipək qalstukları da italyan istehsalıdır. Sarkozi kimi Medvedev də ayaqqabı seçimində “Bertulli”yə etibar edir. Əksər Avropa siyasətçiləri kimi, Dmitri Medvedev də İsveçrə saatlarına üstünülük verir. Onun qol saatları “Breguet”, “Franck Muller” yaxud “Patek Phillipe” şirkətlərinə məxsusdur.


OXŞAR XƏBƏRLƏR

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edi...

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı...