Yumurtanın inanılmaz - FAYDALARI

Yumurtanın inanılmaz -  FAYDALARI

Çox vaxt eşidirik ki, yumurta qaraciyərə ağırlıq verir, xolestrol yaradır. Buna görə hətta bəzi insanlar gündəlik rasionundan yumurtanı çıxardıb. Ancaq dietoloqlar yumurtanı rasiondan çıxarmamağı məsləhət görürlər. Yalnız şəkər və allergiyası olanlara ehtiyatlı qidalanmağı tövsiyyə edirlər. Əslində yumurta çox xeyirli məhsuldur. Ancaq gün ərzində necə və nə qədər yemək qaydasını bilmək lazımıdır.

  1. Yumurtanı orqanizm tez mənimsəyir

Yumurta ağı orqanizmdə 98% tez əriyir. Bu da orqanizmdə yeni hüceyrələrin yaranmasına yaxşı təsir edir. Yumurta əzələ kütləsinin artırılması və lazımi səviyyədə qalması üçün vacibdir. Hər gün 1 yumurta yemək arıqlamağa kömək edir. Yumurtanın tərkibindəki zülal iştahanı aşağı salır və metabolizmanı gücləndirir. Əsasən də yumurtanın səhər yeməyində yeyilməsi məsləhətdir. Bu aclıq hormonuna kömək edir və insanı tox saxlayır.

  1. Yumurta vitaminlə zəngindir

İnsanın gündəlik vitamin norması yumurtada cəmlənib. 1 yumurtada gündəlik norma olan  5% A, 10%-D vitaminləri cəmlənib. Həmçinin fosfor, dəmir, sink, yod, retinol, riboflavin mikroelemenləri ilə də zəngindir.

Gündə 1 yumurta yemək sizi göz xəstəliyindən qorumuş olacaq. Həmçinin tərkibindəki A vitamini göz əzələlərini gücləndirir və “toyuq korluğu” xəstəliyini sağaldır.

  1. Yumurta osteoparozdan qoruyur

İlıq yumurta yemək sümüklərin daim bərk olmasına kömək edir. Sümük yumşaqlığı əsasən qadınlarda 40 yaşından sonra daha çox rast gəlinir.

  1.  Yumurta beyni gücləndirir

Yumurtanın tərkibindəki xolin maddəsi beyni gücləndirir. Yumurta yaddaşı, yaradıcı düşüncəni gücləndirir, hadisələrə reaksiyanı tezləşdirir.

Uşaqda allergiya yoxdursa, 2-3 yaşlarından hər səhər ilıq yumurta yedirtmək beynin düzgün və hormonal fonunun sağlam formalaşmasına  kömək edir.

  1. Yumurta ateroskleroz xəstəliyi riskinin qarşısını alır

 Qidada yumurtadan istifadə etmək qanda xolesterinin miqdarını qaldırmır. Xolesterin yumurtada fosfatidlərin  (lesitinə oxşar birləşmələr) səviyyəsindən asılıdır. Fosfaditlər damarda ateresklerozun yaranmasına mane olur.

Yumurtanın qaraciyərə ziyan verməməsi üçün suda ilıq şəkildə qaynadıb, duzsuz yemək məsləhətdir. Yumurtanın bu cür bişməsi kərə yağı və zeytun yağında bişməsindən daha təminatlıdır.


OXŞAR XƏBƏRLƏR

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...

Əhməd Hacıyev də saxlanıldı

“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı bildirilir.   Sfera.az xəbə...