Logo

Ölümündən sonra orqanlarını bağışlamağa razılıq verən şəxsin qərarına ailəsi müdaxilə edə bilər? - AÇIQLAMA

Ölümündən sonra orqanlarını bağışlamağa razılıq verən şəxsin qərarına ailəsi müdaxilə edə bilər? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“18 yaşına çatmış hər bir şəxs orqan donoru olmaq barədə qərar verə bilər. Şəxs sağlığında ölümündən sonra orqanlarının bağışlanmasına razılıq veribsə, vəfat etdikdən sonra yaxınları bu qərara müdaxilə edə bilməz”.

Sfera.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda bildirib.

Onun sözlərinə görə, donor olmaq barədə qərar verən şəxs sağlığında bu razılığını geri götürmək hüququna malikdir:

“Əgər şəxs donor olmaq üçün müraciət edibsə, sağlığında istənilən vaxt qərarından imtina edə bilər. Lakin 18 yaşına çatmış şəxs ölümündən sonra orqanlarının bağışlanmasına razılıq veribsə, vəfatından sonra yaxınları onun qərarını dəyişdirə bilməz”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR