2016-cı ildə 43 nəfər QİÇS-dən ölüb
Səhiyyə Nazirliyindən verilən məlumata görə, cari ilin 9 ayı ərzində İİV-ə yeni yoluxma halları 374 təşkil edib. Onlardan 365-ı (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 365 yerli sakindən 232-i (63,6%) kişi, 133-sı (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 118 nəfər Azərbaycan vətəndaşı olan İİV-li xəstələr keçib və İİV-infeksiyasından 43 nəfər dünyasını dəyişib. 2016-cı ilin 9 ayı ərzində 72 nəfər (19,7%) parenteral, 228 nəfər (62,5%)