Azərbaycan 100-ə qədər cüzamlı xəstə var

Azərbaycan 100-ə qədər cüzamlı xəstə var
 
Azərbaycanda 100-ə qədər insan təhlükəli xroniki infeksion xəstəlik olan cüzamdan əziyyət çəkir.
 
Sfera.az xəbərinə görə, Azərbaycanın baş dermatoveneroloqu Zülfüqar Fərəcov APA-ya deyib ki, cüzam qədim bir xəstəlikdir və ölkədə də belə xəstələr var.
 
Cüzam xəstələrinin əsasən izolə olunduğunu deyən Z.Fərəcov vurğulayıb ki, uzun müddət xəstə ilə təmasda olduqda xəstəlik birindən digərinə keçə bilər: "Adətən ailədə bir-birinə keçmə hallarına təsadüf olunur. Cüzam xəstəliyi əsasən şimali Afrikada və Hindistanda daha geniş yayılıb. Bu xəstələr izolə olunmalı və mütəmadi müalicə almalıdırlar. Xəstəliyin çox ağır fəsadları var. Müalicə kursu alandan sonra onun formasından asılı olaraq xəstə evə buraxıla bilərlər. Lakin cüzamın ağır formalarında - lepratomaq,  tuborkloid və qeyri-müəyyən tiplərində xəstələr daima müalicə olunmalıdır".


OXŞAR XƏBƏRLƏR