Hepatit C əleyhinə yeni dərman

Hepatit C əleyhinə yeni dərman

Aşağı və orta gəlirli ölkələrdə bir milyondan çox adam yeni dərman sayəsində hepatit C-dən müvəffəqiyyətlə müalicə olunub. Cəmi iki il əvvəl həkimlərin sərəncamına verilən bu preparat artıq öz səmərəliliyini sübut edib.

Sfera.az xezerxeber.com-a istinadən bildirir ki, hepatit C-nin müalicəsi üçün birbaşa antivirus təsirli preparatın istifadəsinə ilk dəfə 2013-cü ildə icazə verilib. Amma sonradan məlum olub ki, çox bahalı olduğu üçün bu dərman xroniki hepatit C infeksiyasından əziyyət çəkən 80 milyon insan üçün əlçatmazdır.

Problemin həllinə Dünya Səhiyyə Təşkilatı (DST) qoşulub və gəlir səviyyəsi yüksək olmayan ölkələr üçün dərmanın xərcini azaltmağa kömək edib.

Hazırda bu təsirli preparat bir sıra aşağı və orta gəlirli ölkələrdə, o cümlədən Argentina, Braziliya, Misir, Gürcüstan, İndoneziya, Mərakeş, Nigeriya, Pakistan, Filippin, Rumıniya, Ruanda, Tailand və Ukraynada həkimlərin sərəncamındadır.

Yeni preparatın səmərəliliyi 95 faizdən çoxdur. Əvvəlki vasitələrlə müqayisədə bu dərmanın yan təsirləri daha azdır. Həkimlərin fikrincə, onun köməyi ilə xəstə üç ay ərzində tam sağala bilər.

DST-nin hepatit üzrə qlobal proqramı departamentinin direktoru Qotfrid Hirnşal bildirib ki, hepatit C-nin müalicəsi imkanlarından istifadənin asanlaşdırılması DST-nin prioritetlərindən biridir. O, məmnunluqla qeyd edib ki, bu dərmanın tətbiq edildiyi ölkələrdə hepatit əleyhinə mübarizədə ciddi irəliləyişlər müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...