Süd vəzi xərçəngindən qoruyan məhsulun adı açıqlandı
Kateqoriya məlum deyil
İmmunoloq və teleaparıcı Andrey Prodeus süd vəzi xərçəngi riskinin azalması ilə əlaqələndirilən məhsulun adını açıqlayıb.
Sfera.az xəbər verir ki, həkim bu barədə Rusiyanın Birinci kanalında yayımlanan “Jit zdorovo!” proqramında danışıb.
Onun sözlərinə görə, qadınlar qida rasionlarına sarımsağı daxil etməlidirlər.
Belə ki, sarımsağın tərkibində olan allisin maddəsi şiş hüceyrələrinə təsir göstərir və xərçəngə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
Prodeus bildirib ki, sarımsağın müntəzəm istifadəsi sağlamlıq baxımından faydalı ola bilər.
Qeyd edək ki, allisinin xərçəng əleyhinə təsirləri ilə bağlı araşdırmalar aparılsa da, sarımsağın insanlarda süd vəzi xərçənginin qarşısını aldığı elmi cəhətdən qəti təsdiqlənməyib.






