Logo

Xalq artistinin səhhəti pisləşib

Xalq artistinin səhhəti pisləşib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Heç nəyə halım olmur. Ürək təzyiqim həddindən artıq aşağıdır. Yaş öz sözünü deyir. Yəqin ki, o dünyaya tələsirəm”.

Sfera.az bildirir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış tarzən Ceyran Haşımova səhhətində yaranan problemlərdən danışarkən deyib.

Sənətkar bildirib ki, son aylarda ürəyindən daha çox əziyyət çəkir. Onun sözlərinə görə, səhhətindəki problemlər gündəlik həyatına ciddi təsir göstərir.

“Can sağlığından gözəl şey yoxdur. Adamın canı sağ olanda, hər şey istəyir. Həkimlər də müdaxilə edə bilmirlər. Hava da mənim səhhətimə təsir edir. Canım ağrıyır, gözüm heç nəyi görmək istəmir”, – deyə Xalq artisti bildirib.

C.Haşımova qeyd edib ki, qan təzyiqinin dəyişməsi də onun vəziyyətini çətinləşdirir. Təzyiqini tənzimləmək üçün qəbul etdiyi dərmanların ürək təzyiqinin daha da aşağı düşməsinə səbəb olduğunu deyən sənətkar hər gün təngnəfəslikdən əziyyət çəkdiyini vurğulayıb.

“Qan təzyiqim qalxanda dərman içirəm ki, düşsün. Amma dərman içəndə ürək təzyiqim lap aşağı düşür. Ona görə belə əziyyət çəkirəm. Hər gün təngnəfəs oluram. Kim zəng edib əhvalımı soruşursa, danışığımdan vəziyyətimi hiss edir”, – deyə C.Haşımova əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR