Logo

Bu qidaların çox istifadəsi depressiya əlamətləri ilə əlaqəlidir

Bu qidaların çox istifadəsi depressiya əlamətləri ilə əlaqəlidir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sağlam qidalanma yaşlı insanlarda depressiya əlamətlərinin yaranma tezliyinin azalması ilə əlaqəli ola bilər.

Avstraliyalı alimlərin araşdırmasına görə, bu əlaqə hətta depressiyaya genetik meyilliliyi olan insanlarda da müşahidə edilib.

Sfera.az xəbər verir ki, Deakin Universitetinin alimləri araşdırma çərçivəsində yaşı 70 və daha çox olan 7 220 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar orta hesabla 5,7 il ərzində izlənilib, onların qidalanma vərdişləri və depressiya əlamətlərinin yaranması araşdırılıb.

Nəticələr göstərib ki, gündə dörd və ya daha çox porsiya ultra-emal olunmuş qida qəbul edən insanlarda depressiya əlamətlərinin yayılma tezliyi bu məhsulları daha az yeyənlərlə müqayisədə 12 faiz yüksək olub. Bu qrupa şəkərli qazlı içkilər, sənaye üsulu ilə hazırlanan qəlyanaltılar və bəzi hazır yeməklər daxildir.

Əksinə, iltihab əleyhinə xüsusiyyətləri ilə seçilən qidalanma modelinə üstünlük verən iştirakçılarda depressiya əlamətlərinin yayılma tezliyi 7 faiz aşağı olub. Bu qidalanma modelinə tərəvəzlər, meyvələr, paxlalılar, tam taxıllı məhsullar, balıq və zeytun yağı daxildir. Tədqiqatın diqqətçəkən nəticələrindən biri sağlam qidalanma ilə psixi sağlamlıq arasındakı əlaqənin genetik meyillilikdən və xroniki iltihabın mövcudluğundan asılı olmayaraq müşahidə edilməsidir.

Araşdırmanın nəticələri “Molecular Psychiatry” jurnalında dərc olunub.

Alimlər əldə edilən nəticələrin qidalanma vərdişləri ilə depressiya əlamətləri arasında əlaqəni göstərdiyini vurğulayırlar. Bununla belə, araşdırma müəyyən qidaların depressiyanın qarşısını birbaşa aldığını sübut etmir. Depressiya çoxsaylı amillərlə əlaqəli olduğundan, sağlam qidalanma onun müalicəsini əvəz etmir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR