Yeni virus sürətlə yayılır - ÜST-dən XƏBƏRDARLIQ

Yeni virus sürətlə yayılır - ÜST-dən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Ümumdünya Səhiyyə Təşkilatı M çiçək xəstəliyinin “Clade 1B” adlanan yeni və daha ağır variantının Afrikadan kənara yayılması ilə bağlı qlobal xəbərdarlıq yayıb.

 

Sfera.az xarici mediasına istinadən xəbər verir ki, təşkilatın son hesabatına əsasən, 2025-ci ilin sentyabr ayına qədər dünyada 42 ölkədə 3 135 təsdiqlənmiş yoluxma və 12 ölüm halı qeydə alınıb.

 

Yoluxmaların 80 faizdən çoxu Afrika qitəsində aşkarlansa da, virusun yeni variantı artıq digər regionlara da keçib. ÜST bildirir ki, “Clade 1B” variantı İtaliya, Malayziya, Hollandiya, Portuqaliya, İspaniya və ABŞ-də səyahət əlaqəsi olmayan şəxslərdə müəyyən edilib. Bu isə virusun yerli ötürülmə potensialına sahib olduğunu göstərir.

 

Son altı həftə ərzində 17 Afrika ölkəsində 2 862 yoluxma və 17 ölüm hadisəsi qeydə alınıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər epidemiya qısa zamanda nəzarət altına alınmasa, virusun yayılması davam edə bilər.

 

Qeyd edək ki, Mikroçiçək virusunun iki əsas genetik variantı “Clade I” və “Clade II” mövcuddur. “Clade I” adətən Mərkəzi və Şərqi Afrikada rast gəlinir və daha ağır gedişə səbəb olur. Qərbi Afrikada müşahidə olunan “Clade II” isə daha yüngül formada keçir və 2022-ci il epidemiyasına səbəb olmuşdu.

 

ÜST-nin məlumatına görə, hazırda yayılan “Clade 1B” ştammı əvvəlkilərdən daha təhlükəli sayılır və bu, beynəlxalq səhiyyə orqanlarını ciddi narahat edir.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR