Türkiyədə ard-arda güclü zəlzələlər oldu
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda maqnitudası 4-dən böyük ard-arda üç zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar Bakı vaxtı ilə 07:16, 07:20 və 07:21-də qeydə alınıb. Onlardan ən güclüsü 4,7, digər ikisi isə 4,2 maqnitudada olub. Zəlzələlərin ocağı müvafiq olaraq 12,31, 7,89 və 7 kilometr dərinlikdə yerləşib.s