Türkiyədə erməni kilsəsi bərpa edilir
Kateqoriya məlum deyil
Türkiyənin Diyarbəkir şəhərində yerləşən 500 ilə yaxın yaşı olan Müqəddəs Sarkis Erməni Pravoslav Kilsəsində bərpa işləri aparılır.
Sfera.az bildirir ki, kilsə uzun müddət əhali olmadığı üçün xarab olmuş və 2023-cü ildə baş verən güclü zəlzələ zamanı zərər görmüşdü.
Diyarbəkir valisi Murat Zorluoğlu kilsədə aparılan işlərlə tanış olub. O bildirib ki, bərpa işləri bitdikdən sonra kilsə Surun tarixi görünüşünə və şəhərin mədəni müxtəlifliyinə böyük töhfə verəcək.






