Muazzez Abacı dünyasını dəyişdi

Kateqoriya məlum deyil
T
Türk sənət musiqisinin tanınmış nümayəndəsi, sevilən sənətçi Muazzez Abacı 78 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə xəbəri sənətçinin meneceri Taner Budak təsdiqləyib.
Məlumata görə, Muazzez Abacı qəfil ürəktutması səbəbindən xəstəxanaya yerləşdirilib, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Sənətçinin doğum günü – 12 noyabrda vəfat etməsi onun pərəstişkarlarını xüsusilə kədərləndirib.
Muazzez Abacı 1947-ci il noyabrın 12-də Ankarada dünyaya gəlib. O, Türkiyə musiqisində dərin iz qoyan, “Türk sənət musiqisinin kraliçası” kimi tanınan sənətçilərdən biri olub. Uzun illər ərzində səhnədə qazandığı uğurlarla və çoxsaylı mükafatlarla yadda qalıb.






