Ermənistanda bankda silahlı insident

Kateqoriya məlum deyil
T
İrəvanda bu gün bank filialında silahlı basqın baş verib.
Sfera.az bildirir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, naməlum şəxs üzərindəki yazılı lövhə ilə bank əməkdaşlarını hədələyib və kassadan 2600 dollar götürərək ərazidən uzaqlaşıb.
Hadisə zamanı o, boynundan asdığı lövhədə “mənə pulumu verməsəniz, 20 saniyəyə buranı partladacam” mesajını nümayiş etdirib.
Şübhəli şəxs pullarla birlikdə bankdan çıxaraq izini itirib. Polis onun axtarışı istiqamətində tədbirləri davam etdirir.






