Ukrayna Rusiya ilə dialoqu dayandırdı – Nə baş verir?

Kateqoriya məlum deyil
T
Ukrayna Rusiya ilə aparılan sülh danışıqlarını rəsmi olaraq dayandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kıslıtsya “The Times” qəzetinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, 2025-ci il ərzində aparılan danışıqlar heç bir nəticə verməyib və Moskvanın kompromisə getməkdən imtinası prosesin dayanmasına səbəb olub.
“Putin və Zelenski arasında birbaşa görüş təşkil etmək cəhdləri də nəticəsiz qaldı. Rusiya tərəfinin sərt mövqeyi fonunda dialoqu davam etdirmək artıq mümkün deyil”, – Kıslıtsya qeyd edib.
Xatırladaq ki, tərəflər arasında son aylarda aparılan danışıqlar əsasən atəşkəs və humanitar məsələlər üzərində cəmlənmişdi, lakin irəliləyiş əldə olunmamışdı.
Aynur






