Şəhər
İranda kütləvi etirazlar başladı – Havaya atəş açıldı
İranın Abdanan şəhərində neft şirkətinin işçilərini daşıyan avtobusun aşması və 13 nəfərin həlak olması kütləvi etirazlara səbəb olub. Sfera.az xəbər verir ki, hadisədən sonra şəhər sakinləri küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar “Bu, son döyüşdür, Pəhləvi geri qayıdacaq”, “Cavid Şah”, “Rejimə ölüm”, “Yoxsulluq, korrupsiya və bahalıq aradan qalxanadək mübarizə aparacağıq” kimi şüarlar səsləndiriblər. Onlar həmçinin səriştəsiz məmurların istefasını tələb ediblər.
Region17.11.2026 21:21
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Sfera.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, Xankəndi Şəhər Stadionu 1956-cı ildə istifadəyə verilib. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri erməni işğalından azad olunub. Bundan sonra stadionun
Siyasət07.11.2026 12:09
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
Bakıda universitetlərin şəhər mərkəzindən kənara köçürülməsi illərdir danışılırdı və budur, ilk böyük addım atıldı. Sfera.az bildirir ki, milli.az xəbər portalı bir neçə gün əvvəl Prezident İlham Əliyevin açılışını etdiyi " SABAH.city " innovasiya şəhərciyindən reportaj hazırlayıb. Bura Bakı ətrafında yerləşən tam fərqli bir dünya, yeni bir tələbə mərkəzidir. Şəhərciyi gəzərkən Elm və Təhsil naziri Emin Əmrullayev, Prezidentin köməkçisi Şahmar Mövsümov və BDU-nun rektoru Elçin Babayevlə də
Cəmiyyət17.09.2026 20:56
Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var
Meksikanın paytaxtı Mexiko şəhəri yeraltı suların çəkilməsi səbəbindən ildə 42 santimetrə qədər batır. Sfera.az xəbər verir ki, geridönüşü olmayan geoloji çökmə nəhəng şəhəri hər gün daha da dərinləşən böyük bir fəlakətə sürükləyir. Məlumata görə, Mexikonun küçələrində iri çatlar əmələ gəlib, binalar, metro xətləri, yollar və bütün şəhər infrastrukturu dağılma riski ilə üz-üzə qalıb. Meksika Milli Muxtar Universiteti və NASA tərəfindən aparılan genişmiqyaslı tədqiqatlar fəlakətin əsas səbəbini
Maraqlı02.09.2026 22:57
Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir
“Səbail” futbol klubunun adı dəyişdirilir. Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkə hesablarında məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir. Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir. Bu dəyişiklik təkcə klubun adının
İdman02.09.2026 22:12
Gəncədə işdən çıxarılan direktor yeni vəzifəyə təyin olundu
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının sabiq direktoru İlkin İsmayılov yeni vəzifəyə təyin olunub. Sfera.az bildirir ki, o, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində müəllim, fakültənin nəzdində fəaliyyət göstərən klinikada isə cərrah kimi fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, İ. İsmayılov bir neçə ay öncə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad edilmişdi./teleqraf
Cəmiyyət01.09.2026 19:34
Səhər tezdən evinə qayıtdı, meyitini tapdılar - Tərtərdə müəmmalı ÖLÜM
Tərtərdə evdən meyit tapılıb. Sfera.az -ın məlumatına görə, hadisə İlxıçılar kəndində baş verib. Kənd sakini 81 yaşlı Əsgərov Vəliş Əliş oğlunun meyiti səhər saatlarında yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bəlli deyil. Məlumata görə, mərhum elə həmin gün səhər tezdən yaşadığı evə gəlib. Araşdırma aparılır./lent.az
Cəmiyyət29.08.2026 19:43
8 saat yatıb yorğun oyanırsınızsa, səbəbi bu ola bilər
Səhərlər kifayət qədər yatmağınıza baxmayaraq yorğun və halsız oyanırsınızsa, səbəb yalnız yuxu müddəti olmaya bilər. Yuxunun keyfiyyəti, vitamin çatışmazlığı, stress və bəzi sağlamlıq problemləri səhər yorğunluğuna səbəb ola bilər. Sfera.az xəbər verir ki, uzun müddət yatmağınıza baxmayaraq dincəlməmiş hiss edirsinizsə gecə tez-tez oyanma, nizamsız yuxu saatları, xoruldama və yuxu apnesi kimi problemlər buna səbəb ola bilər. Yatmazdan əvvəl telefon və kompüterdən istifadə də yuxunun
Media21.08.2026 22:45
Gəncədə 28 yaşlı kişi bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü R. Zeynalov qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal o əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 28 yaşlı həmin şəxsin hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./apa
Cəmiyyət20.08.2026 21:52
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
Bakıda fəaliyyət göstərən bəzi kafe və restoranlar bağlanıb. Sfera.az xəbər verir ki, bu barədə “Tipik İqtisadçı-Ekspert” məlumat yayıb. Bildirilib ki, “Mytcha” (Tarqovı), “Pivnaya Apteka” (Port Baku), “CEO’s Lounge” (Ağ Şəhər), “Milk Lab” (Ağ şəhər) və “Turco Burrito” (Tarqovı) kimi məşhur məkanlar fəaliyyətini dayandırıb./globalinfo.az
Cəmiyyət18.08.2026 14:23
Yatmazdan əvvəl bu saatlara diqqət edin
Səhər yorğun oyanır, gecə isə yatağa girdikdən sonra uzun müddət yuxuya gedə bilmirsinizsə yatmazdan əvvəlki vərdişlərinizə diqqət yetirmək faydalı ola bilər. Sosial mediada populyarlaşan “10-3-2-1-0” qaydası daha sağlam yuxu rejimi yaratmağı hədəfləyir. Sfera.az xəbər verir ki, qaydaya əsasən, yatmazdan 10 saat əvvəl kofein qəbulunu dayandırmaq tövsiyə olunur. Kofeinin təsiri uzun müddət davam edə bildiyindən qəhvə və enerji içkilərini günün daha erkən saatlarında qəbul etmək daha
Media15.08.2026 20:46
Sabahın havası
Avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz
Gündəm14.08.2026 12:35
"Azərbaycanda iri şəhərlər yaradılmalıdır" - Ekspert
Azərbaycanda son illər şəhər əhalisinin sayında artım, iri şəhərlərdə isə məskunlaşmanın genişlənməsi müşahidə olunur. Mövcud tendensiyalar urbanizasiya proseslərinin qarşıdakı illərdə də davam edəcəyini göstərir. Sfera.az xəbər verir ki, urbanist Anar Əliyevin sözlərinə görə, urbanizasiya təkcə Azərbaycanda deyil, dünya üzrə müşahidə olunan tendensiyadır: "Bu, dünya üzrə gedən tendensiyadır və Birləşmiş Millətlər Təşkilatı da dünya əhalisinin şəhərlərə köçünün artdığını qeyd edir. Hazırda
Cəmiyyət13.08.2026 11:24
Əhalinin yanacaq xərcləri 5 %-ə yaxın artdı
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 327,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 4,9 % çoxdur. Ötən 7 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,1 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında
İqtisadiyyat13.08.2026 10:29
Ən bahalı və ən ucuz özəl UNİVERSİTETLƏR
Ən bahalı və ən ucuz özəl UNİVERSİTETLƏR 2026/2027-ci tədris ili üzrə Azərbaycanın özəl ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisaslar üzrə qəbul planı və illik təhsil haqları müəyyənləşib. Sfera.az xəbər verir ki, Modern.az -ın araşdırmasına əsasən, özəl universitetlərdə illik təhsil haqqı ixtisas, tədris dili və universitetdən asılı olaraq ciddi fərqlənir. Belə ki, təqdim olunan qəbul planında ən yüksək məbləğ Xəzər Universitetində 5 500 manat, ən aşağı sabit təhsil
Təhsil10.08.2026 14:51
Yüzlərlə meymun naməlum səbəbdən zooparkdan qaçıb
Taylandın Lopburi şəhərində yüz meymun mühafizəçilərdən yayınaraq bələdiyyə heyvan sığınacağının hasarını aşaraq şəhərə qaçıb. Şəhər rəsmiləri qaçışın ehtimal olunan səbəbi kimi heyvanların saxlanıldığı şəraiti göstərirlər. Sfera.az bildirir ki, şəhər meri Çamryon Salaçeep heyvanları geri qaytarmaq üçün təcili əməliyyat elan edib. Bəzi qruplar meymunları tutmaqla, digərləri isə sonrakı qaçışların qarşısını almaq üçün eyni zamanda hasarın zədələnmiş hissəsini təmir və möhkəmləndirmə ilə məşğul
Dünya02.07.2026 20:38
















