İrandan iddialı açıqlama: “ABŞ Cənub qütbünə qədər çəkiləcək”
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi ölkəsinin hazırda dünyanın iki böyük gücünə qarşı müqavimət göstərə bildiyini deyərək ABŞ-yə qarşı sərt bəyanat səsləndirib.
Sfera.az xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, Abdullahi ABŞ ilə bağlı açıqlamasında İran Hərbi Dəniz Qüvvələrinin ABŞ-nin dəniz gücünə qarşı effektiv əməliyyatlar həyata keçirdiyini və uğurlar əldə etdiyini iddia edib.
“ABŞ-ni Cənub qütbünə qədər geri çəkəcəyik. Amerikalılar bu addımımızı gözləsinlər”, – o bildirib.
Abdullahi ölkəsinin hazırda dünyanın iki böyük gücünə qarşı müqavimət göstərə bildiyini vurğulayıb. O, İran xalqının və ordusunun müharibə ilə bağlı çətin sınaqdan uğurla keçdiyini qeyd edib.
Baş Qərargah rəisi, həmçinin “düşmən” peşman olana qədər hərbi əməliyyatların davam etdirilməsinin vacibliyini bildirib.
İradə Elsevər






