Logo

Pəhləvi onlara müraciət etdi – İranın süqutu başlayır…

Pəhləvi onlara müraciət etdi – İranın süqutu başlayır…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın sonuncu şahının oğlu, müxalifət lideri Rza Pəhləvi İslam Respublikasındakı mövcud hakimiyyətin tarixinin ən zəif dövrünü yaşadığını və gec-tez süqut edəcəyini bildirib.

Sfera.az xəbər verir ki, Pəhləvi Avropa ölkələrinin rəhbərliyinə və ictimaiyyətinə müraciət edib və onları Tehranla barışdırıcı siyasətdən imtinaya, eləcə də mübarizə aparan İran xalqını dəstəkləməyə çağırıb.

Onun sözlərinə görə, hazırda əsas məsələ teokratik hakimiyyətin süqut edib-etməyəcəyi deyil, bunun nə vaxt və hansı sürətlə baş verəcəyidir. O hesab edir ki, beynəlxalq ictimaiyyətin bu prosesdə tutacağı mövqe xüsusi əhəmiyyət daşıyır.

İranlı müxalifətçi ölkədəki mövcud siyasi sistemi dövlətə hakim kəsilən və İranı beynəlxalq terrorizmin qlobal qərargahına çevirən “inqilabi cihadçı rejim” adlandırıb.

Pəhləvi vurğulayıb ki, hazırkı rəhbərlik hakimiyyətdə qaldığı müddətdə Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunması mümkün deyil.

O, Tehran rejiminin mümkün qədər tez aradan qaldırılmasının təkcə İran xalqının deyil, Avropanın da fundamental maraqlarına uyğun olduğunu vurğulayıb./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR