Müctəba Xameneyi ABŞ-dəki seçkilərdən danışdı: "Siyasətimiz dəyişməyəcək”
İranın Ali Rəhbəri Müctəba Hamaney ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin Vaşinqtonun İrana qarşı düşmən münasibətinə təsir etməyəcəyini bildirib.
Sfera.az xəbər verir ki, ABŞ vətəndaşları Konqresin yeni tərkibini müəyyənləşdirməklə yanaşı, 36 ştatda qubernatorları və yerli qanunverici orqanların üzvlərini seçmək üçün səs veriblər.
İlkin qeyri-rəsmi nəticələrə görə, Respublikaçılar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu itirib.
İranın ali rəhbəri Müctəba Xameneyi 1979-cu ildə ABŞ-nin Tehrandakı səfirliyinə hücumun ildönümü ilə əlaqədar qeyd olunan “Qlobal imperializmə qarşı Milli Mübarizə Günü” münasibətilə yazılı bəyanat yayıb.
Hamaney bəyanatında ABŞ-də keçirilən aralıq seçkilərə də toxunub.
ABŞ-nin “İran xalqını qeyd-şərtsiz təslim olmağa məcbur etməyi” hədəflədiyini bildirən Xameneyi düşmən qarşısında ən kiçik güzəştin belə müharibədə həyatını itirənlərin və xalqın fədakarlıqlarını boşa çıxaracağını iddia edib. Onun sözlərinə görə, belə addım qarşı tərəfi yeni tələblər irəli sürməyə və hücumlara əl atmağa həvəsləndirə bilər.
ABŞ Prezidenti Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətinə diqqət çəkən Hamaney bu nəticələrin Vaşinqtonun İrana qarşı siyasətinə təsir göstərməyəcəyini vurğulayıb.
O, ABŞ-nin davranışlarında dəyişiklik gözləyənlərin “dərin yanılğı içində” olduğunu bildirib.
Xamaneyi, həmçinin ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı müharibə nəticəsində İranın Hörmüz boğazına nəzarəti ələ keçirdiyini və bölgədəki ABŞ hərbi bazalarını “məhv etdiyini” iddia edib.
“Bu cür hücumlar təkrarlanarsa, İranın cavabı daha genişmiqyaslı olacaq”, - deyə o bildirib.
Bəsti Rəfizadə






