Elmar Məmmədyarov Cibutili nazirlə görüşdü

Elmar Məmmədyarov Cibutili nazirlə görüşdü

 

Xarici işlər naziri Elmar Məmmədyarov Cibutinin müdafiə naziri Əli Həsən Bahdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

E.Məmmədyarov Cibutinin hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbul edilməsində rolunu və bu münaqişənin həllində tutduğu ədalətli və birmənalı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

 

Ə.H.Bahdon "ADEX 2016" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycandan olan tərəf müqabilləri ilə praktiki əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdiyini nəzərə çatdırıb.

 

Görüşdə Azərbaycan və Cibuti arasında iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğu vurğulanıb.

 




OXŞAR XƏBƏRLƏR

Sabah İran Prezidentinin ölümündən sonra parlamentin ilk açıq iclası KEÇİRİLƏCƏK

İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra parlamentin ilk açıq iclası mayın 21-də baş tutacaq.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Tramp Baydenin narkotik testindən keçməsini TƏLƏB ETDİ

ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyunda televiziya debatlarından əvvəl rəqibi Prezident Co Baydenin narkotik testindən keçirilməsini tələb edib.  ...

Azərbaycanın müdafiə naziri İrana BAŞSAĞLIĞI VERDİ

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Ba...

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Mayın 21-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &n...

Prezident Dayqa Mierinanı QƏBUL ETDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.   Sfera.az xəbə...

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İçində İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğraması nəticəsində bütün sərnişinlərin həyatlarını itirməsi "helikopterlə səyahət&n...