Kanada və Britaniya XİN rəhbərləri Dağlıq Qarabağda dərhal atəşkəsə

Kanada və Britaniya XİN rəhbərləri Dağlıq Qarabağda dərhal atəşkəsə
Böyük Britaniya və Kanadanın Xarici İşlər nazirləri Dominik Raab və Fransua-Filip Şampan Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşi dərhal dayandırmağa və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpasına çağırıblar. Sfera.az "TASS”a istinadən bildirir ki, iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin birgə bəyanatı bazar ertəsi axşam Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

"Kanada və Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlar haqda xəbərlərdən çox narahatdırlar. Mülki əhali arasında yaşayış məntəqələrinin atəşə tutulması və tələfatlarla bağlı məlumatlar dərin narahatlıq doğurur. Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, atəşkəsə əməl olunmasına və mülki şəxslərin qorunmasına çağırırıq”, - bəyanatda deyilir.

Nazirlər, həmçinin vurğulayıblar ki, Dağlıq Qarabağdakı münaqişənin istənilən həlli zorakılığın qəbul edilməməsi prinsipinə əsaslanmalı və ATƏT-in Minsk Qrupu tərəfindən müəyyən edilmiş çərçivədə danışıqlar və sülh yolu ilə həll edilməlidir.  

"Biz ATƏT-in Minsk Qrupunun işini və həmsədrlərin dünənki bəyanatını tam dəstəkləyirik”, - deyə birgə bəyanatda qeyd edilir.


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider ...

49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxi...

Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü ...

“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ona sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 pri...

Prezident AÇIQLADI: XİN rəhbərləri tezliklə bu şəhərdə görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tər...

Antoni Blinken İlham Əliyevə zəng etdi

 Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, b...