Avro manat məzənnəsi 1,75-ə düşdü: Avronun ucuzlaşmasının Azərbaycana hansı təsirləri var?
Bu gün Azərbaycanın kommersiya banklarında avro/manat məzənnəsi 1,75-ə geriləyib. Dünən məzənnə 1,79, bir neçə gün öncə isə 1,85-dən yüksək idi. Sfera.az bildirir ki, avro/manat məzənnəsində eniş ötən ilin mayından müşahidə edilir. Bir il əvvəl banklarda avro 2,05 manata alınırdı, 2,08 manata satılırdı. Müqayisə olunan müddətdə avro 30 qəpik və ya 15 faizə yaxın ucuzlaşıb. Avronun ucuzlaşması dolların bahalaşması ilə bağlıdır. Son bir ildə dollar xeyli dərəcədə yüksəlib. Əvvəl bir avro 1,22