“Doctor Strange”in aktrisası barədə inanılmaz iddia: Əri ilə birgə azyaşlı qıza təcavüz edib

“Doctor Strange”in aktrisası barədə inanılmaz iddia: Əri ilə birgə azyaşlı qıza təcavüz edib
"Doctor Strange” serialı ilə tanınan aktrisa Zara Fitian və əri Viktor Mark haqqında inanılmaz iddia irəli sürülüb.
 
Sfera.az bildirir ki, cütlüyün 13 yaşlı qıza dəfələrlə təcavüz etdiyi haqda məlumatlar yayılıb. Qeyd olunub ki, ikili üstəlik, bütün bunları lentə alıb. 

"Nottinghamshire Post”da dərc olunan yazıya əsasən, hadisə 2005-2008-ci illər arasında baş verib. Artıq yetkin olan gənc qız polisə "Bunun səhv olduğunu bilirdim. Amma vəziyyətdən necə çıxacağımı bilmirdim. Ya da heç kimə deyə bilməzdim", deyə söyləyib. Zərərçəkmiş onu da bildirib ki, cütlük ona təcavüz hadisəsini açıb-ağardacağı halda, heç kimin ona inanmayacağını bildirib. O əlavə edib ki, xüsusilə Viktor Mark bu məsələdə israrlı olub: "Onlar mənim üzərimdə güc sahibi idi". 

Cütlük tərəfindən zorakılığa məruz qaldığını iddia edən gənc qız deyib ki, o vaxt döyüş sənəti üzrə təhsilinə dəstək olmaları üçün Zara və əri Viktor Marke ilə əlaqə saxlayıb. Lakin Marke cütlüyü ona spirtli içkilər verib, sonradan hər ikisi onunla intim əlaqəyə giriblər.

Hadisə ilə bağlı daha bir diqqətçəkən iddia irəli sürülüb. Məlumata görə, olaylar zamanı Viktor Mark başqa qadınla evli imiş. Boşanan Viktor daha sonra adı ortaq təcavüzdə ittiham olunan Zara  ilə ailə həyatı qurub. Həmin vaxt Zara 20, Vickor isə 40 yaşlarında idi. İkiliyə qarşı daha 14 ittiham olsa da, onlar bütün bu məlumatları təkzib edib.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dördüncü Hindistan-Pakistan müharibəsi olacaqmı? - Gərginlik pik həddə çatıb

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkə...

Prezident və ailəsi kilsədə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı i...

Papanın tabutu ilə çəkilən şəkillər hiddət yaratdı - FOTOLAR

Papa Fransiskin tabutunun yanında çəkilən “selfie”lər dindarlar arasında hiddət doğurub.   Sfera.az xəbər verir ki, təxminən 20 000 mömin...

Şəhərdə tanımadığı şəxs tərəfindən bıçaqlandı

Şəmkir sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. &n...

Ötən il boşanan Ülviyyənin yanındakı "Ərəb şeyxi" kimdir? - FOTO

Aktyor həyat yoldaşı Murad İsmayıldan boşanan aktrisa Ülviyyə Xəlilbəyovanın paylaşımı marağa səbəb olub.   Sfera.az xəbər verir ki, o sosial şəbəkə ...

"Qlobal iqtisadiyyat kritik mərhələdədir" - Siluanov

“Qlobal iqtisadiyyat maliyyə sabitliyinə artan risklər və inflyasiya təzyiqləri fonunda kritik mərhələyə daxil olub”. Sfera.az xarici KİV-ə ist...