Avro manat məzənnəsi 1,75-ə düşdü: Avronun ucuzlaşmasının Azərbaycana hansı təsirləri var?

Avro manat məzənnəsi 1,75-ə düşdü: Avronun ucuzlaşmasının Azərbaycana hansı təsirləri var?
Bu gün Azərbaycanın kommersiya banklarında avro/manat məzənnəsi 1,75-ə geriləyib. Dünən məzənnə 1,79, bir neçə gün öncə isə 1,85-dən yüksək idi.

Sfera.az bildirir ki, avro/manat məzənnəsində eniş ötən ilin mayından müşahidə edilir. Bir il əvvəl banklarda avro 2,05 manata alınırdı, 2,08 manata satılırdı. Müqayisə olunan müddətdə avro 30 qəpik və ya 15 faizə yaxın ucuzlaşıb.

Avronun ucuzlaşması dolların bahalaşması ilə bağlıdır. Son bir ildə dollar xeyli dərəcədə yüksəlib. Əvvəl bir avro 1,22 dollara dəyişdirilirdisə, indi 1,048 dollara dəyişdirilir.

Dolların məzənnəsindəki dəyişiklik manatın da məzənnəsinə eyni qaydada təsir edir. Çünki manatın xarici valyutalara qarşı məzənnəsi dollara görə müyyənləşdirilir və 2017-ci ilin martından dollar/manat kursu sabitdir. Buna görə də son 5 ildə dollar hansı valyutalara qarşı bahalaşırsa, manat da həmin valyutalara qarşı bahalaşır, dollar ucuzlaşdıqda isə manat da ucuzlaşır.

Bu qaydaya uyğun olaraq son bir ildə ölkəmizdə avronun ucuzlaşmasını müşahidə edirik.

Bəs, avronun ucuzlaşması bundan sonra da davam edəcəkmi?

Avronun ucuzlaşıb-ucuzlaşmayacağı onun dollarla olan kursundan asılı olacaq. Xarici ekspertlərin, tanınmış maliyyə qurumlarının proqnozuna görə, dollar hələ bir müddət bahalaşacaq. Məsələn, dünən Avropanın ən böyük kommersiya bankı olan Döyçe Bankın (Deutsche Bank) bəyan edib ki, ABŞ mərkəzi bankı (FED) uçot dərəcəsini 3-5 səviyyəsinə qədər artıracaq. Hazırda uçot dərəcəsinin 0,25-0,5 faiz olduğunu nəzərə alsaq bu, çox böyük artım deməkdir.

FED belə sərt maliyyə siyasəti yürüdərsə, o halda dollar bahalaşmaqda davam edəcək, dolların bahalaşması isə öz növbəsində avronu ucuzlaşdıracaq.

Bəzi ehtimallara görə avro/dollar məzənnəsində hətta 2000-2002-ci illər ssenarisi təkrarlana bilər. Əgər bu ehtimallar özünü doğruldarsa, avro/manat kursu bir qədər də düşəcək.

Xatırladaq ki, həmin dövrdə avro/dollar kursu 0,8-0,9 intervalında dəyişirdi və devalvasiya nəzərə alınarsa, həmin dövrdə avro/manat kursu 1,45-1,55 idi.
 
Avronun ucuzlaşmasının Azərbaycana mənfi və müsbət təsirləri var.

Mənfi təsir Dövlət Neft Fondunun aktivlərinin dəyərsizləşməsində özünü göstərərəcək. Son məlumata əsasən Fondun investisiya portfelinin 19,6 faizi (8,82 milyard dollar) avroda olub. Avro ucuzlaşdıqca eyni miqdarda olan investisiya vasitələrinin dollarla ifadə edilən dəyəri kiçilir.

Digər mənfi təsir qeyri-neft mallarının avrozona ölkələrinə idxalı ilə bağlı yaranır. Avro ucuzlaşdığından Azərbaycandan idxal edilən və dəyəri ölkəmizdə müəyyənləşən mallar bahalaşacaq. Malların bahalaşması onların ixracında müəyyən çətinlik yaradır.

Amma avronun ucuzlaşmasının müsbət təsirləri də var. Azərbaycan avrozona ölkələrindən müxtəlif növ mallar idxal edir və həmin malların bir çoxunun qiyməti düşəcək. O cümlədən avtomobil, dəzgahlar, qazma qurğuları, dərman vasitələri, müxtəlif növ məişət və ticarət avadanlıqları, ətirlərin və s. malların ucuzlaşması ehtimalı böyükdür. Bu məhsulların dəyəri həmin ölkələrin bazarında avro ilə müəyyənləşir. Buna görə də avronun ucuzlaşması dəyəri daxili bazarlarda müəyyən edilən malların qiymətinin manatla ifadədə aşağı düşməsinə səbəb olacaq.


Vasif
Sfera.az















 

OXŞAR XƏBƏRLƏR

Putin, Lukaşenko və Rəhman İlham Əliyevə zəng etdi

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Taciki...

Ramazanın 16-cı gününün duası -İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 16-cı günüdür.   Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah im...

Sevda toyundan danışdı

Əməkdar artist Sevda Ələkbərzadə toyundan danşıb.   Sfera.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında deyib. ...

Lənkəranda direktor şagirdi döyüb?

Lənkəran rayonu Tütəpeştə kənd orta məktəbinin direktoru Rövşən Əliyevin həmin məktəbin şagirdini dərsə gecikdiyinə görə döydüyü barədə məlumatlar yayılıb. &...

“İstiqlal marşı”nın 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları MEK-lə tanış olublar

Türkiyənin və Şimali Kipr Türk Respublikasının dövlət himni “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıl...

Bakıda motosikleti insanların üzərinə sürən şəxs HƏBS EDİLDİ

Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb edilib.   DİN-dən Sfera.az-a verilən məlumata görə, hadisə martın...