Türkiyədən Rusiyaya uçan təyyarə Finlandiyaya məcburi eniş etdi
Kateqoriya məlum deyil
Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi noyabrın 27-də səhər saatlarında marşrutunu dəyişərək Finlandiyaya eniş edib.
Sfera.az xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.
Məlumata görə, təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına uçurmuş. Lakin naməlum səbəbdən Finlandiyanın paytaxtı Helsinkiyə eniş edib. Daha sonra təyyarə Finlandiyadan yenidən Türkiyəyə qayıdıb.
Qeyd edək ki, noyabrın 27-də Pulkovo hava limanında onlarla reysin gecikdirildiyi və ya ləğv edildiyi bildirilir. Bu barədə məlumatlar hava limanının səhər saatlarında yayımlanan onlayn tablosunda əks olunub.





