Logo

Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı

Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Estoniya arasında humanitar və təhsil sahələrində əməkdaşlıq, tələbə mübadiləsi və ali təhsil müəssisələri arasında əlaqələr mövcuddur.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, hazırda Estoniyada 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır:

“Estoniyanın ali təhsil müəssisələrində 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Eyni zamanda, ali təhsil müəssisələrimiz arasında mübadilə proqramları çərçivəsində əlaqələr mövcuddur. Bunlar tərəfimizdən çox müsbət qarşılanır və hərtərəfli dəstəklənir”, – o bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR