Logo

Azərbaycan və Estoniya arasında 8 sənəd üzrə iş aparılır

Azərbaycan və Estoniya arasında 8 sənəd üzrə iş aparılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Estoniya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda iki ölkə arasında 16 sənəd mövcuddur, daha 8 sənəd üzrə isə müvafiq proseslər həyata keçirilir.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

Nazir yaxın gələcəkdə həmin sənədlərlə bağlı da müsbət nəticələrin əldə olunacağına ümid etdiyini vurğulayıb. Bildirib ki, ölkələrimiz arasında müqavilə bazasını formalaşdıran hazırda 16 sənəd mövcuddur və 8 sənəd üzərində də işlər davam etdirilir.

İradə Elsevər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR