Logo

Tənhalıq ölüm riskini artırır

Tənhalıq ölüm riskini artırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin Miçiqan Universitetinin tədqiqatçıları tənhalığın insan sağlamlığına təsirini və bu problemin sosial səbəblərini araşdırıblar.

Sfera.az xəbər verir ki, araşdırmanın nəticələri barədə “ScienceDaily” məlumat yayıb. Əvvəlki elmi araşdırmalara əsasən, tənhalıq, sosial təcrid və tək yaşamaq erkən ölüm riskinin təxminən 30 faiz yüksək olması ilə əlaqələndirilir. Lakin yeni araşdırmanın müəllifləri tənhalığa yalnız tibbi problem kimi yanaşmağın düzgün olmadığını bildirirlər.

Tədqiqatın müəllifi Sofia Hiltner ekspertlərlə müsahibələr aparıb, on ildən artıq dövrü əhatə edən elmi məqalələri və media materiallarını təhlil edib. Araşdırmaçı hesab edir ki, səhiyyə işçiləri tənhalıq yaşayan insanlara dəstək göstərə bilsələr də, problemin sosial səbəblərini tamamilə aradan qaldırmaq imkanına malik deyillər. Mütəxəssislər tənhalıqla mübarizədə sosial əlaqələrin gücləndirilməsinin, iş şəraitinin yaxşılaşdırılmasının və insanların ünsiyyət imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayırlar.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR