Gürcüstan Avropaya inteqrasiya təcrübəsini Ermənistanla bölüşəcək
Kateqoriya məlum deyil
Gürcüstan Avropaya inteqrasiya sahəsində əldə etdiyi təcrübəni Ermənistanla bölüşməyə hazırdır.
Sfera.az NEWS.am-a istinadən xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Paata Salia İrəvanda keçirilən konfransda bildirib.
Nazir qeyd edib ki, ikigünlük konfrans çərçivəsində tərəflər hüquqi məsələləri, yeni təşəbbüsləri və ortaq problemlərin həlli yollarını müzakirə edəcəklər. Onun sözlərinə görə, daha əvvəl imzalanmış strateji əməkdaşlıq sənədi iki ölkə arasında münasibətləri gücləndirib. Bu münasibətlərdə ədliyyə sahəsi mühüm rol oynayır. Paata Salia Ermənistanın da son dövrlərdə Avropaya inteqrasiya istiqamətində mühüm addımlar atdığını vurğulayıb.
Şahanə Ziyad
Sfera.az






